ABŞ Səudiyyəyə bomba təchizatını dayandırıb

Bu qərar Yəməndə mülki vətəndaşların öldürülməsinə görə verilib
ABŞ-ın “Foreqn Polis” jurnalına danışan Vaşinqton rəsmisi bildirib ki, bombalar əsasən, mülki əhalinin olduğu və yaxud da onlara yaxın bölgələrə atılıb. Təchizatı dayandırılan isə CBU-105 kaset bombasıdır. Rəsmi Vaşinqton son illərdə Ər-Riyadı milyon dollarlar həcmində bombalarla təchiz edib. Qeyd edək ki, ötən ilin martından etibarən Yəməndə Ənsərullah hərəkatı ilə (Husilər – red.) mərkəzi hökumət arasında yaşanan qarşıdurmalar səngimir. (axar.az)pia.az