Azərbaycanlı milyarderin müavininin oğlu tutulub

"Lukoyl" şirkətinin vitse-prezidenti Azat Şamsuarovun oğlu Ruslan Şamsuarov Moskva polisi tərəfindən saxlanılıb
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.O, yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqda günahlandırılır. "Avtomobilin sahibi saxlanılıb. Bu gün o, Moskvanın Qaqarin rayon məhkəməsinə çıxarılacaq. Ona inzibatı cəza veriləcəyi gözlənilir", - deyə məlumatda bildirilir. İçkili gənclərin içində olduğu "Mercedes-Benz G" maşını Moskva küçələrində polislə yarışa çıxıb. O, hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmişdi. Ruslan Şamsuarov barəsində “xuliqanlıq” maddəsi üzrə cinayət işi qaldırılıb.Ötən axşam isə "Lukoil" neft şirkətinin vitse-prezidenti Azat Şamsuarov 20 yaşlı oğlu ilə yarışan üçüncü şəxs  saxlanılıb. Qanunu pozan erməni qız Moskvada həbs olunub. Mara Baqdarasyana Qaqarin məhkəməsi 10 sutka həbs cəzası verib. Xanım polis əməkdaşlarına tabe olmamaqda günahlandırır.Ruslan Şamsuarov - saxlanılan gəncBaqdarasyan KİV-ə bahalı maşınlara və sürətə olan həvəsi ilə tanışdır. Hadisə ilə bağlı ilk həbs olunan isə 22 yaşlı Abduvaxob Məcidov olub. "Mercedes Gelandewagen"i idarə edən Məcidov Moskvanın Qaqarin rayon məhkəməsi tərəfindən 15 gün inzibati həbs cəzasına məhkum edib.Mayın 26-də içərisində Ruslan Şamsuarovun və onun dostlarının olduğu maşın Rusiyanın paytaxtının küçələrində yol polisinə çətin anlar yaşadıb. "Mercedes Gelandewagen" polislərlə küçələrdə "ölüm yarışına" çıxıb. Polis maşınları onların içində olduğu nömrəsiz bahalı maşını qovub.Onlar nömrəsiz maşınla polisdən qaçmağa çalışsalar da bu alınmayıb. Polis onları qovan və saxlayan zaman gənclər "Periscope" sosial şəbəkədən canlı yayıma çıxıblar. Onlar baş verənləri anbaan çəkərək paylaşıblar. Hətta Ruslan polislər onları saxlayandan sonra da baş verənləri çəkərək paylaşıb.Olay barədə məlumat video "Youtube” kanalına qoyulandan sonra məlum olub.Hadisədən sonra 20 yaşlı Ruslan açıqlama verərək adıçəkilən erməni qızın onların yanında olmadığını demiş və əməlinə görə üzr istəmişdi.pia.az