Bakıda iki piyadanı maşın vuraraq öldürüb

Bakıda piyadaların vurulması ilə nəticənən yol-nəqliyyat hadisələri baş verib
Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Buzovna qəsəbəsinin ərazisində, müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini 1951-ci il təvəllüdlü Rasim Sayad oğlu Xəlilov vurulub.  Nəticədə R.Xəlilov hadisə yerində ölüb. Analoji hadisə Bakı-Qazax yolunun 34-cü kilometrliyində, Bakının Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində qeydə alınıb. Saatlı rayon sakini 1990-cı il təvəllüdlü Babək Rəhimov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini, 1972-ci il təvəllüdlü Vaqif Əzizovu vurub. V.Əzizov hadisə yerində ölüb. Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.pia.az