Tramp Sanderslə debatdan boyun qaçırıb

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyi təsdiqlənən milyarder Donald Tramp Demokratların namizədlərindən biri olan Berni Sanderslə debata çıxmaqdan imtina edib
Axar.az xəbər verir ki, Tramp buna səbəb kimi Sandersin Demokrat Partiyanın digər namizədi Hillari Klintondan seçkilərdə geri qalmasını göstərib. Milyarder bu debatı yersiz adlandırıb. Sanders isə Trampın bu qərarından məyus olduğunu bildirib. Qeyd edək ki, ABŞ-da prezident seçkiləri bu ilin noyabrında baş tutacaq.pia.az