Deşam Kantonanı məhkəməyə verir

Fransa millisinin baş məşqçisi Didye Deşam "Mançester Yunayted"in sabiq futbolçusu Erik Kantonanı məhkəməyə verəcək. Bunun səbəbi Kantonanın Benzema və Ben Arfanın rasizm səbəbindən Avropa çempionatna aparılmadığı barədə fikridir
PİA.AZ goal.az-a istinadən xəbər verir ki, Deşamın vəkili Karlos Brusa 47 yaşlı mütəxəssisin hüquqlarını məhkəmədə müdafiə etməyə hazır olduğunu bildirib."Bununla bağlı mülki və cinayət məhkəməsinə müraciət edəcəm. Kantonanın böhtan xarakterli fikirləri Deşamın nüfuzuna zərər vurur".Deşam və Fransa Futbol Federasiyası Kantonanın açıqlamasına mövqeyini ortaya qoymayıb. Qeyd edək ki, AVRO-2016 iyunun 10-da start götürəcək.pia.az