Rianna eynək kolleksiyası hazırladı - Foto

Məşhur amerikalı müğənni Rianna Fransanın dünyaca mopulyar Christian Dior brendi üçün gün eynəkləri kolleksiyası hazırlayıb
Milli.az Vogue-a istinadən bildirir ki, kolleksiya hər biri 840 dollara satılacaq 6 modeldən, habelə qızılla örtülmüş 1950 dollarlıq eynəkdən ibarətdir.Rianna bu kolleksiyanı yaradanda "Star Trek: The Next Generation"filmində aktyor LeVar Bartonun yaratdığı "Geordi La Forq" obrazından ruhlanıb.Eynəklər gələn aydan etibarən "Dior" butiklərində satılacaq.Rianna "Puma" və "Manolo Blahnik" brendləri də əməkdaşlıq edir.28 yaşlı müğənninin "Manolo Blahnik" üçün hazırladığı "Chaos" tufliləri 670 dollara satılır."Puma"nın kreativ direktoru olan Rianna brend üçün mütəmadi olaraq kreativ ayaqqabılar kolleksiyaları hazırlayır. Kollekiyalar "Fenty" adlanır.