AzTV-nin meyiti tapılan əməkdaşının Fotosu

Sosial şəbəkələrdə evindən meyiti tapılan AzTV-nin operatoru Zahid Bağırovun fotoları yayılıb
Axar.az xəbər verir ki, fotoları paylaşan AzTV əməkdaşları Z.Bağırovu təcrübəli, peşəkar olmaqla bərabər, yaxşı insan kimi xarakterizə ediblər. Qeyd edək ki, 1965-ci il təvəllüdlü Zahid Bağırovun meyiti dünən axşam saatlarında Bakının Suraxanı rayonundakı mənzildən tapılıb. İlkin araşdırma nəticəsində onun qida borusunun yazvasından əziyyət çəkdiyi və bu xəstəliyin təsiri ilə vəfat etdiyi müəyyən olunub.pia.az