Erməni əsgərləri arasında bıçaqlaşma - ölən var

Akop Qevorkyanı öz yoldaşı hərbi hissədə qətlə yetirib
Ermənistan ordusunda bir gün ərzində ikinci əsgər ölümü faktı qeydə alınıb. Ans press-in məlumatına görə, ordunun əsgəri Akop Qevorkyanın qətlə yetirildiyi bildirilir. Araşdırmalar nəticəsində məlum olub ki, əsgər  mayın 25-də öz xidmət yoldaşı Q.Kosoqoblyan tərəfindən öldürülüb. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Kosoqoblyan əvvəl əsgər yoldaşı ilə mübahisə edib. Daha sonra onu döş qəfəsindən bıçaqlayıb.Qevorkyan xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Ölüm faktı ilə bağlı cinayət işi açılıb. Q.Kosoqoblyan bu gün şübhəli şəxs saxlanılıb.pia.az