Ukraynada siyasətçilərin yeni reytinqi açıqlanıb

Kiyev Beynəlxalq Sosiologiya İnstitutu Ukrayna siyasətçilərinin reytinqini açıqlayıb
Novator.az-ın məlumatına görə, sorğuda iştirak edən respondentlərin 21%-i bildirib ki, yaxın vaxtlarda prezident seçkisi keçirilsəydi, Batkivşina lideri Yuliya Timoşenkoya səs verərdilər.Sorğuya cəlb olunanların 14,65%-i Radikal Partiyanın lideri Oleq Lyaşkoya dəstək nümayiş etdirib.Sorğunun nəticələrinə görə, indi prezident seçkisi keçirilsə, prezident Pyotr Poroşenko 13,5% səs toplaya bilər.Ukraynada sonuncu prezident seçkisi 2014-cü il mayın 25-də olub. Həmin seçkidə Pyotr Poroşenko 54,70% səslə qalib gəlib. Yuliya Timoşenko 12,81%-lə ikinci, Oleq Lyaşko 8,32%-lə üçüncü olub.pia.az