Dünyada ilk robotofon buraxıldı

Yaponiyanın “Sharp” şirkəti özünün ən innovasion məhsullarından birini – dünyadakı ilk robotofonu bazara çıxarıb
Lent.az-ın SBS-ə istinadən verdiyi məlumata görə, robotofon balaca adama bənzəyir. O, telefon funksiyaları yerinə yetirməklə bərabər öz sahibini əyləndirməyi də bacarır, mahnı oxuyur və söhbət edir. Cihaz kamera ilə təchiz olunub. Həmin kamera ilə foto və video çəkiliş etmək mümkündür. “Sharp” ayda azı 5 min robotofon satacağına ümid edir. Cihazın qiyməti 1800 dollardır.pia.az