Gürcüstan prezidenti NATO-nun sammitinə gedəcək

Gürcüstan prezidenti Georgi Marqvelaşvili iyulun əvvəllərində NATO-nun Varşavada keçirəcəyi sammitdə ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi İrina İmerlişvili deyib. “Gürcüstan nümayəndə heyətinə prezident başçılıq edəcək. Sammitdən öncə mütləq şəkildə Təhlükəsizlik Şurasının iclası keçiriləcək”.Rəsmi Tbilisi Varşava sammitindən öz müdafiə potensialının güclənməsini və NATO-ya üzvlük yolunda müsbət irəliləyişə nail olmağı istəyir.pia.az