Spirtli içki satışı qadağan olundu

AÇ-2016-nın final mərhələsində İngiltərə və Uels millilərinin oyun günü spirtli içki satılmayacaq
PİA.AZ publika.az-a istinadən bildirir ki, bu qərarı Fransa hökuməti məhz Lansda baş tutacaq həmin oyun günü üçün verib. İngiltərə və Uels B qrupunda Rusiya və Slovakiya milliləri ilə birlikdə mübarizə aparacaq. Avropa çempionatı 10 iyun - 10 iyul aralığında Fransada təşkil olunacaq. İngiltərə - Uels qarşılaşması isə oyunun 16-da keçiriləcək.pia.az