Tacikistanda “son zəng” qadağan olundu

Tacikistanın Təhsil və elm nazirliyinin göstərişinə əsasən, bu il məktəblərdə “son zəng”in keçirilməsi qadağan edilib
Virtualaz.org nazirliyin saytında yerləşdirilmiş məlumata istinadən xəbər verir ki, “son zəng”in keçirilməsinə qoyulmuş qadağanın səbəbi açıqlanmır.Qeyd edək ki, bu ölkədə “son zəng” artıq bir neçə il idi ki, “yetkinlik zəngi” adlanırdı.Tacikistanda tədris ili iyunun 7-də başa çatır. Həmin gün dərslər adi qaydada keçiriləcək və heç bir tədbirin keçirilməsi nəzərdə tutulmayıb.pia.az