Sabir Ələsgərlinin səhhəti yenidən pisləşib

Xalq artisti, məşhur diktor Sabir Ələsgərlinin səhhətində yenidən problemlər yaranıb
Bu barədə Modern.az-a açıqlama verən diktor bildirib ki, artıq uzun müddətdir ki, Tibb Universitetinin Cərrahiyə Klinikasında yatır.“Hazırda xəstəxanadayam, müalicəm davam edir. Sabah və ya biri gün çıxacam. Amma 2-3 aydan sonra yenidən əməliyyat olunmalıyam. Bir neçə ay əvvəl böyrəklərimdəki daşla əalqədar əməliyyat olunmuşdum, “şlanklar” qoyulub. Onlar hələ çıxarılmayıb”.Klinikanın Urologiya şöbəsində  yatan S.Ələsgərli həkiminin Fikrət Əhmədov olduğunu bildirib.pia.az