Erməni general Azərbaycanı hədələdi – “Davam edəcək…”

Ermənistanın Qarabağ müharibəsi veteranlarını öz sırasında birləşidrən “Yerkrapa” İttifaqının sədri, general-leytenant Manvel Qriqoryan Yerevanda mətbuat konfransı keçirib
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qarabağdan ötən gün qayıdan Qriqoryan mətbuat konfrasında Ermənistan tərəfinin itirdiyi əraziləri geri qaytaracağını bəyan edib və Azərbaycanı hədələyib.“Qarabağda təmas xəttinin konturları tez-tez dəyişir və hələ dəyişməkdə davam edəcək. Bütün dövrlərdə bizimkilər yeni mövqelər tutublar. Fürsət tapan kimi itirilmiş əraziləri geri qaytaracağıq”.Manvel Qriqoryan 2 gün öncə Qarabağdakı 1740, ötən gün isə özü başda olmaqla 113 könüllünün Ermənistana qayıtdıqları barədə məlumat verib.pia.az