AZAL Bakı - Sankt-Peterburq aviareysi üzrə yeni aksiyaya start verdi

"Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Sankt-Peterburqa və əks istiqamətdəki reyslərdə yeni aksiyaya start verdiyini elan edir
Musavat.com xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidməti məlumat yayıb.Sözügedən marşrut üzrə uçuşlara iyunun 1-dən avqustun 1-dək aviabilet alan "AZAL Miles" proqram iştirakçıları iki dəfə çox status və səyahət balları qazana biləcəklər. "AZAL Miles" bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilib: https://www.azal.az/az/azal-miles/miles-programme Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az Yay "Şimali Palmiraya" (Sankt-Peterburqu bəzən belə adlandırılar) səyahət etmək üçün ilin ən yaxşı vaxtı hesab olunur. İyunun əvvəllərində, "bəyaz gecələr" mövsümündə o, daha əzəmətli görünür. Bu dövr mədəni hadisələr və maraqlı turistik proqramlarla zəngin olan bir dövrdür. Məhz iyunda Rusiyanın "şimal paytaxtında" əfsanəvi "Deep Purple" rok qrupunun solo konserti gözlənilir. Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:  (+99412) 598-88-80; *8880. E-mail: callcenter@azal.az AZAL Miles bonus proqramı ilə bağlı sualları ya azalmiles@azal.az e-mail ünvanına və ya  www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.pia.az