Ukrayna Rusiyaya nota göndərdi

Ukrayna Xarici İşlər Nazirliyi Rusiya baş naziri Dmitri Medvedevin Krıma işgüzar səfəri ilə bağlı etirazını bildirib
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, Ukrayna etiraz notasını Rusiya XİN-ə göndərib.Qeyd edək ki, rusiyalı baş nazir mayın 22-dən Krımda səfərdədir. Medvedev yarımadada “Vahid Rusiya”da keçirilən ilkin səsvermə prosedurunu izləyib, həmçinin bir sıra görüşlər keçirib.Xatırladaq ki, Krım və Sevastopol 2014-cü ilin martında keçirilən referendumdan sonra Rusiyaya birləşdirilib.pia.az