ABŞ-la Rusiya arasında hava toqquşması - Video

ABŞ hərbi təyyarəsinin Rusiya sərhəddinə yaxın ərazidən uçması iki ölkə arasındakı münasibətləri gərginləşdirib
BAKU.WS-in məlumatına görə, Rusiya Müdafiə Nazirliyi məslə ilə bağlı açıqlama yayıb. ABŞ-a aid "RC-135" tipli təyyarənin 22 may tarixində Yapon dənizi üzərində kəşfiyyat uçuşu edərkən Rusiya sərhədinə yaxınlaşdığı müəyyənləşdirilib. ABŞ-ın Moskva səfirliyində vəzifəli hərbi attaşe bu mövzuyla əlaqədar olaraq Rusiya Müdafiə Nazirliyinə çağırılıb. Görüş zamanı bu cür hadisələrin təkrarlanmaması üçün tədbir alınmasının vacibliyi vurğulanıb. pia.az