Dünyada ən çox çay və kofe içilən ölkələr - Azərbaycan ilk “10”luqdadır

“Euromonitor İnternational” təşkilatı dünyanın ən “kofesevər” və “çayxor” ölkələrinin siyahısını aparmaq üçün geniş araşdırma aparıb
Modern.az təşkilata istinadən xəbər verir ki, 79 ölkəni əhatə edən araşdırmada Azərbaycan da yer alıb.Belə ki, azərbaycanlıların 99,1%-nin müntəzəm sürətdə çaydan istifadə etdikləri müəyyən olunub. Bu göstərici ilə ölkəmiz dünya üçüncüsüdür. Ən “çayxor” ölkə adını isə Özbəkistan alıb. Burada çay istehlakı 99,6%-ə, 2-ci yerdə qərarlaşan Keniyada isə 99,2%-ə çatır. Pakistanda 99%, Çində 98,9%, Misirdə isə 98,5% əhali çay həvəskarıdır.Çayxor ölkələrin ilk “onluğu”nu Mərakeş (96,1%), Qazaxıstan (95,6%), Nigeriya (95,4%) və Hindistan (95%) qapayır.Ən “kofesevər” ölkələr isə Qvatemala (99,6%), Dominika Respublikası (99%), Braziliya (97,4%), Ekvador (97,4% ), Kosta-Rika (96,9%), Yunanıstan (96,8%) və Kolumbiyadır (92,2%).pia.az