İngiltərə millisinin sabiq üzvü həbsxanada bərbər işləyir

Həddi-buluğa çatmayan qıza təcavüz etdiyinə görə 6 il həbs cəzasına məhkum edilən Adam Conson həbsxanada özünə yeni iş tapıb
“Qafqazinfo” xəbər verir ki, bundan əvvəl təmizlik işlərini yerinə yetirən İngiltərə milli komandasının sabiq futbolçusu indi də bərbərlik edir. Son olaraq "Sanderlend”də forma geyinən futbolçu gün ərzində 6 saat işləməklə həftəyə 20 funt sterlinq qazanır. Maraq üçün qeyd edək ki, Conson son olaraq çıxış etdiyi "Sanderlend” klubunda həftəyə 60 min funt sterlinq qazanırdı.pia.az