Ermənistan ordusunda yeni bir rəzalət

Ermənistan ordusunda yeni bir rəzalət - yararsız şəxslər ön cəbhəyə göndərilir
Dağlıq Qarabağda 10 gün əvvəl ağır yaralanmış 21 yaşlı erməni əsgər Ovanes Poqosyanın orduya çağırılana qədər sağlığında ciddi problemlər olub. Buna baxmayaraq o, orduya çağırılıb.APA-nın məlumatına görə, O. Poqosyanın qohumları “news.am” saytına bildiriblər ki, o, xroniki qastrit, dalaq genişlənməsi, cinsiyyət orqanı xəstəliklərindən əziyyət çəkir. Evdə ciddi pəhriz saxlayıb. Lakin orduya çağırılan kimi ön cəbhəyə göndərilib. O. Poqosyan xidmətə 2015-ci ilin yanvarında kiçik serjant kimi başlayıb. İki dəfə yaralanıb. Birinci dəfə yarası yüngül olub. İkinci dəfə isə başından yaralanıb. Hazırda komada olan əsgər iki dəfə əməliyyat edilib.pia.az