İŞİD AKP-nin qurultayında terror törətmək istəyib - Video

Türkiyənin Qaziantep vilayətində keçirilən antiterror əməliyyatının detalları açıqlanıb
Apa.tv-nin məlumatına görə, məlum olub ki, “İraq Şam İslam Dövləti” terror təşkilatının əməliyyat zamanı özünü partladan üzvünün və Qaziantepdəki terrorçu qruplaşmanın hədəfi hakim Ədalət və İnkişaf Partiyasının növbədənkənar qurultayı olub. Qaziantep valisi Əli Yerliqaya keçirdiyi mətbuat konfransında bildirib ki, terrorçular təkcə AKP-nin qurultayının keçirildiyi binada yox, həmçinin digər binalarda, əhalinin sıx olduğu yerlərdə, eləcə də, “Qalatasaray”-“Fənərbaxça” oyununda qanlı terror aktları planlaşdırıblar. Vali bildirib ki, antiterror əməliyyatı zamanı özünü “İŞİD-in Qaziantep əmiri” adlandıran Yunus Durmaz üzərindəki bombanı işə salıb, ümumilikdə 30 terrorçu ələ keçirilib. Qeyd edək ki, özünü partladan Yunus Durmazın yaxalanması üçün 5 milyon lirə mükafat vəd edilmişdi. Əməliyyatlar zamanı İŞİD-ə məxsus külli miqdarda silah-sursat, partlayıcılar, texniki vasitələr ələ keçirilib.pia.az