30 yaşlı Qax rayonu sakini itkin düşüb - Foto

Qax rayonunun 30 yaşlı sakini itkin düşüb
Bu barədə "Report"a Qax Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.Qax şəhəri, Azərbaycan prospekti, ev 73 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Əhməd Şükür oğlu Qabulov ötən gecə evdən çıxıb və qayıtmayıb.Onun ailə üzvlərinin sözlərinə görə, Əhməd Qabulov gecə 2 radələrində evdən çıxıb və geri qayıtmayıb: "Dünəndən etibarən onun harada olduğu məlum deyil. Əhməd Şükürovun əlamətləri - arıq bədən quruluşlu, boyu 167 santimetr, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxarkən əynində boz pencək, boz köynək, qara şalvar və qara rəngli boğazlı çəkmə olub".Onu görənlərdən Qax RPŞ-ə ilə əlaqə saxlamaları xahiş olunur. Tel: (024) 255-23-52Ə.Qabulovun iki azyaşlı övladı var.pia.az