Latviya Aİ-ni Azərbaycanla assosiasiya danışıqlarına çağırdı

Latviyanın XİN rəhbəri Edqar Rinkeviç Azərbaycan və Ermənistanın Aİ ilə assosiasiyalarına dair danışıqlara başlamağın lazım olduğunu bildirib
RİA Novosti xəbər verir ki, Aİ-yə üzv ölkələrin və Şərq tərəfdaşlığı ölkələrinin XİN rəhbərlərinin Brüsseldə keçirilən görüşündə Latviyanın xarici işlər naziri Rinkeviç vətəndaşlarının Aİ ilə əməkdaşlıqdan praktiki fayda görən tərəfdaş ölkələri dəstəkləməyə çağırıb.“Latviyanın XİN rəhbəri vurğulayıb ki, Azərbaycan və Ermənistan ilə yeni razılaşmalara dair danışıqlara başlamaq lazımdır”, - Latviya XİN-in yaydığı məlumatda deyilir.Rinkeviç vurğulayıb ki, Avropa İttifaqı Şərq tərəfdaşlığı ölkələri ilə azad ticarət zonasının yaradılması və viza rejiminin ləğv edilməsi haqqında razılaşmanın əldə edilməsinin lazım olduğunu vurğulayıb. Nazir Aİ-nin bu dövlətlərlə nəqliyyat, tranzit daşınmalar, energetika, səhiyyə və İT-texnologiyalar sahəsində əməkdaşlıq etməyə çağırıb.“Şərq tərfədaşlığı” layihəsi Aİ-də üzvlük imkanını nəzərdə tutmur, amma Aİ-nin Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə siyasi və iqtisadi inteqrasiyasına istiqamətlənib.2014-cü ildə Tbilisi, Kişinyov və Kiyev Aİ ilə assosiasiya və sıx, hərtərəfli azad ticarət zonasının yaradılması haqqında razılaşma imzalayıblar. Digər ölkələr ilə Aİ daha az qarşılıqlı fəaliyyət nəzərdə tutan fərdi tərəfdaşlıq planı hazırlamaq qərarına gəlib.(virtual.org)pia.az