Ziya Bünyadov prospekti bağlanır

Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılır
“Azəravtoyol” ASC-dən verilən məlumata görə, avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgi, yolgöstərici xətlərin və piyada keçidlərinin yenidən rənglənməsi işləri davam etdirilir.Bu gün axşam saat 22:00-da etibarən səhər saatlarınadək Ziya Bünyadov propektinin "Böyük Şor" yol qovşağından İslam Abışov küçəsi ilə kəsişməyədək olan hissəsində (Çermet körpüsünədək) hər iki istiqamət üzrə yol tam bağlanmadan hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.pia.az