Poroşenko Əliyevlə Bakı səfərini müzakirə etdi

Türkiyədə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev ukraynalı həmkarı Petr Poroşenko ilə görüşüb
Virtualaz.org bildirir ki, bu barədə Ukrayna prezidentinin rəsmi saytı xəbər yayıb. Xəbərdə deyilir ki, görüş İstanbulda keçirilən Ümumdünya Humanitar Sammiti çərçivəsində baş tutub.Görüş zamanı Ukrayna prezidentinin Bakıya səfərinin hazırlıqları müzakirə olunub.Ölkə başçıları, həmçinin yaxın vaxtlarda ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna dövlətlərarası komissiyasının iclasının keçirilməsinə dair razılıq əldə ediblər.pia.az