Gəncədə qənnadı fabriki yanır

Gəncədə qənnadı fabrikində yanğın baş verib
Kəpəz TV-nin (Region TV) xəbərinə görə, Gəncə Qənnadı ASC-də yanğın baş verib. Əraziyə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Alovun qarşısı alınır.İlkin ehtimala görə, yanğın anbarın 3-cü mərtəbəsində yerləşən otaqlardan birində aparılan qaynaq işləri nəticəsində yaranıb. Xatırladaq ki, iki gün bundan öncə də Gəncə Qənnadı ASC-nin inzibati binasında, mətbəxdən başlayan yanğın dörd inzibati otaq da daxil olmaqla (müdir, müdir müavini, baş mühəndis və komendantın otaqları) 178 kv.m sahəni əhatə etmişdi.pia.az