Ermənistan parlamenti “DQR”i tanımaq fikrindən vaz keçdi

“DQR”in tanınması ilə bağlı qanun layihəsi Ermənistan parlamentinin növbədənkənar iclasının gündəliyinə daxil edilməyib
Virtualaz.org bildirir ki, bu xəbəri BBC Ermənistan parlamentinə yaxın mənbələrə istinadən verib.BBC xəbər verir ki, növbədənkənar iclasda 15 məsələ və 4 beynəlxalq saziş müzakirə ediləcək, lakin Dağlıq Qarabağın müstəqilliyinin tanınması barədə qanun layihəsi bunların arasında yoxdur.*   *   *Ermənistan baş nazirinin mətbuat katibi Qoar Poqosyan özünün “Facebook” səhifəsində ölkə hökumətinin “DQR”in müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsini bəyənməsi barədə xəbərləri təkzib edib.“Hökumətin yekun fikrində qeyd olunur ki, icra orqanı qanun layihəsinin qəbulunu Ermənistanla Dağlıq Qarabağ arasında hadisələrin sonrakı inkişafı, o cümlədən xarici amillər nəzərə alınmaqla müzakirələrin nəticəsi ilə şərtləndirəcək. Başqa sözlə, indiki mərhələdə hökumət DQR-in müstəqilliyinin tanınması barədə qanun layihəsini bəyənməyib”, - deyə o bildirib.“Qarabağ Respublikasının tanınması haqqında” qanun layihəsi müxalifətçi deputatlar Zarun Postancyan və Qrant Baqratyan tərəfindən hazırlanıb.Daha öncə bildirilmişdi ki, Ermənistan hökuməti bu qanun layihəsini bəyənib.pia.az