“Azərbaycan əməliyyatlara başlasa, Moskva bizi tanımaq zorunda qalacaq”

“Əgər Azərbaycan hərbi əməliyyatları bərpa eləsə, Rusiya “DQR”in müstəqilliyini tanımaq məcburiyyətində qalacaq”
 Musavat.com-un məlumatına görə, bu barədə separatçı qurumun qondarma prezidentinin “aparat rəhbərinin müavini” DavidBabayan “Qovorit Moskva” radiosuna açıqlamasında deyib.Separatçının iddiasına görə, Moskva belə bir addımı atmaq zorunda qalandan sonra Ermənistan Rusiyanı dəstəkləyəcək. “Rusiya Federasiyası Cənubi Qafqazda sülh və sabitliyin qarantlarından biri kimi, sadəcə olaraq, belə bir addıma getmək zorunda qalacaq” – Babayan bildirib.Separatçı bu xüsusda Rusiyanın vaxtilə Abxaziya, Cənubi Osetiyanın, Krımın müstəqilliyini tanıdığını, sonuncunun Rusiya tərkibinə daxil olduğunu xatırladıb.Bu gün – mayın 5-də Ermənistan parlamenti qondarma qurumun tanınma məsələsinə baxmalı idi. Lakin son anda məsələnin müzakirəsini mayın 10-a – Şuşanın işğal günündən sonraya ertələmək qərarı verilib. pia.az