Deputatların fəaliyyətini izləyən mərkəz reytinq cədvəli yayıb

Ən çox mənfi xəbər Araz Əlizadə haqqında olub
Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin aprel ayı üzrə millət vəkilləri haqqındakı monitorinqi təqdim edir.  2016-cı ilin aprel ayında elektron mətbuatda, yəni sayt və portallarda deputatlarla əlaqəli 24050 xəbər yerləşdirilib. Bunlardan 330 xəbər mənfi, 25 xəbər müsbət və 23695 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Araz Əlizadə (62 xəbər - himnimizi təhqir etdiyi üçün deputata sərt reaksiya), Cavid Qurbanov (43 xəbər – dəmiryolçuları həbslə hədələməsi, deputatı həbsə aparacaq dosye olması), Nəriman Əliyev (41 xəbər - seçiciləri ilə görüşməməsi, verdiyi vədləri yerinə yetirməməsi). Müsbət xəbərlər isə Qənirə Paşayevaya (25 xəbər – deputatın Türkiyədə mükafata layiq görülməsi) məxsusdur.Xəbər sayına görə sıralama:Mehriban Əliyeva 3173 xəbərOqtay Əsədov 1254 xəbərQənirə Paşayeva 1207 xəbərRövnəq Abdullayev 866 xəbərZahid Oruc 727 xəbərAzay Quliyev 703 xəbərSiyavuş Novruzov 682 xəbərBahar Muradova 669 xəbərVahid Əhmədov  666 xəbərSəməd Seyidov 615 xəbərYazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 2966 xəbər dərc edilib. Bu xəbərlərdən 2942-si neytral, 24-ü isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Mirkazım Kazımov (8 xəbər - “Azadlıq” qəzetinə borcunu ödəməməsi), Araz Əlizadə (8 xəbər - himnimizi təhqir etdiyi üçün deputata sərt reaksiya). Aprel ayında bu sektorla əlaqəli yazılı mətbuatda müsbət xəbər dərc olunmayıb.Xəbər sayına görə sıralama:Mehriban Əliyeva 328 xəbərSiyavuş Novruzov 125 xəbərOqtay Əsədov 119 xəbərBahar Muradova 102 xəbərVahid Əhmədov 92 xəbər Fazil Mustafa 86 xəbərElxan Süleymanov 76 xəbərQənirə Paşayeva 72 xəbərƏflatun Amaşov 71 xəbərZahid Oruc 67 xəbərAprel ayında televiziya kanallarında deputatlar haqqında  2106 xəbər göstərilib. Xəbər sayına görə sıralama:Mehriban Əliyeva 270 xəbərOqtay Əsədov 113 xəbərFuad Muradov 94 xəbərQənirə Paşayeva 72 xəbərİsa Həbibbəyli 71 xəbərZiyad Səmədzadə 70 xəbərElxan Süleymanov 66 xəbərCavid Qurbanov 64 xəbərElman Nəsirov 62 xəbərƏhliman Əmiraslanov 61 xəbərRadio kanallarında bu sektorla əlaqəli 145 xəbər söylənilib.Xəbər sayına görə sıralama:Mehriban Əliyeva 107 xəbərOqtay Əsədov 14 xəbərRövnəq Abdullayev 6 xəbərElxan Süleymanov 4 xəbərSəməd Seyidov 3 xəbərXatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər. Haqqınızda qəzet və jurnallarda yazılan, saytlarda yayımlanan, TV-lərdə göstərilən, radiolarda səsləndirilən, sosial mediada yazılanları bizdən öyrənə bilərsiniz. Əlaqə üçün (012) 409 90 09-a zəng etməyiniz kifayətdir.pia.az