Ölkədəki hotellərin qiymət bahalığının pərdəarxası səbəbləri

Yerli turizm obyektlərində, hotellərdə qiymətlər hansı həddədir?
Ötən sayımızda Azərbaycan əhalisinin yaxınlaşmaqda olan yay aylarındakı istirahət planları, Türkiyə bəndinin bu planlar sırasından necə çıxması barədə yazmışdıq. Buna səbəb isə heç şübhəsiz ki, Türkiyədə bir-birinin ardınca baş verən terror aktları idi. Ehtimallardan biri yay aylarında ölkənin turizm bölgələrində də belə terror aktlarının baş tutacağı, bu səbəbdən də turistlərin bu xofla ordan aralı dayanmasıdır. Bu halda isə diqqət istər-istəməz daxili turizmə yönəlir. Daha təhlükəsiz, daha yaxın və üstəgəl, “xeyir vətənə qalsın” prinsipi. Bəs yerli turizm obyektlərində, hotellərdə qiymətlər hansı həddədir? Fins.az saytında bəzi hotellərin sutkalıq qiymətləri yer alıb. Həmin hotellərdən bəzilərini nəzərə çatdıraq. Qəbələdə yerləşən "Qafqaz Riverside Resort" hoteldə standart otaq - (2 nəfər üçün) -125 azn, junior suite (2 nəfər üçün) - 140 aznKotec 1+1  2 nəf.  -  155 aznKotec 2+1  4 nəf.  -  260 aznKotec 3+1  6 nəf.  -  320  aznQəbələdəki "Qafqaz Tufandag Mountain Resort" Hotelində standart otaq - (2 nəfər üçün) -120 azn, junior suite (2 nəfər üçün) - 160 aznFamily suite (4 nəfər) - 210 azn məbləğindədir. Yuxarıda qeyd olunan otaq qiymətlərinə açıq bufet səhər yeməyi, internet, sağlamlıq mərkəzindən, kanat xəttindən istifadə  daxildir. Otaqda üçüncü şəxsin qalacağı təqdirdə (otaq və qəlyanaltı) 25 AZN ödənilməlidir. Qubada yerləşən "Rixos Quba" hoteldə isə Deluxe Standart Mountain View (2 nəf.) - 99 AZN-dir. Deluxe Standart Lake View ( 2 nəf.) - 119 azn, Junior Suite (2 nəf.) - 149 azn Honeymoon Suite (2 nəf.) - 169 azn Family Suite (4 nəf.) - 199 azn Manna Villa (2 nəf.) - 199 azn Midiya Villa (6 nəf.) - 599 azn Urmiya Villa (8 nəf.) - 799 azn Atropatena Villa (8 nəf.) - 849 aznYuxarıda qeyd edilən qiymətlər erkən rezervasiya şərtlərinə əsasən may ayının 15-nə kimi bron edilən və ödənilən rezervasiyalar üçün qüvvədədir.1 may tarixindən etibarən qüvvədə olan qiymət:Deluxe Standart Mountain View (2 nəf.) - 119 aznƏlavə qonaqlar üçün ödəniş:Körpə: 0 - 6 yaş - pulsuz Uşaq: 6 - 12 yaş:  - 20 AZN 3-cü böyük  (12 yaş və daha böyük):  - 30 Azn"Samaxi Palace Sharadil" hotelində də durum fərqli deyil. Deluxe King/Twin (bağa baxan, BB) - 99 AZN, Deluxe King/Twin (bağa baxan, HB) - 148 azn Qaxda yerləşən "El" hoteldə 1 - 31 may tarixləri qüvvədə olan qiymətlər:Single otaq  -  98 aznStandart otaq - 108 aznJunior suite  - 138 aznFamily Suite  - 166 aznSultan Suite  - 216 azn01.06.2016-cı il tarixindən qüvvədə olan qiymətlər:Single otaq  -  128 aznStandart otaq - 138 aznJunior suite  - 158 aznFamily Suite  - 196 aznSultan Suite  - 256 aznGün ərzində üç dəfə qidalanmaq üçün (nahar və şam yeməyi üçün) ödəniş hər nəfər üçün bir günə 21 AZN-dir. Standart, Junior Suite, Family Suite və Sultan Suite tipli otaqlarda əlavə hər bir qonaq üçün ödəniş 20 AZN-dir (yalnız səhər yeməyi daxildir). Standart, Junior Suite, Family Suite və Sultan Suite tipli otaqlarda əlavə hər bir qonaq üçün ödəniş 40 AZN?dir (səhər yeməyi, lanç və nahar daxildir).Hər bir otaq individual idarə olunan havalandırma və istilik sistemi, saç feni, minibar, peyk antenalı televiziya, seyf qutusu, çay və qəhvə dəstgahı, DVD pleyer, Ipod pleyer, beynəlxalq çıxışlı telefon xətti ilə təchiz olunmuşdur. Gördüyünüz kimi, qiymətlər heç də əlçatan deyil. Rəsmi məlumatlara görə, ölkəmizdəki mehmanxana və bu tipli gecələmə yerlərindəki çarpayıların sayı 35 mindən çoxdur. Bu çarpayıların illik tutumu 13 milyona yaxın rəqəm edir. Amma Statistika Komitəsinin illik məlumatına nəzər salsaq, bu gecələmələrin sayının 10 dəfədən də az olduğunu görə bilərik. Belə mənzərə yaranır ki, Azərbaycanda hotel biznesi rentabelli deyil və bura investisiya qoyulmasına dəymir. Amma praktikada bunun əksinin şahidi oluruq. Məlum olduğu kimi, ölkə üzrə hər il 30-40 yeni otel istifadəyə verilir. Buradan belə nəticəyə gəlmək olur ki, hotellər nəinki qiymətləri şişirtməklə məşğuldur, eyni zamanda gəlirləri kütləvi surətdə gizlədirlər. Bunu isə vergi orqanları ilə razılaşdırılmadan həyata keçirmək mümkün deyil. “FLY Travel” turizm agentliyinin rəhbəri Mamed Əliyev deyir ki, yerli və xarici turistlər ölkədəki hotellərin bu qiymətlərindən narazıdır. Müsahibimizin sözlərinə görə, qısa müddət öncə Azərbaycana qazaxlar gəliblər və qalmaq üçün hotel axtaranda vəziyyətdən narazılıqlarını gizlətməyiblər: “Bakının özündə də hotellər bahalıdır. Dəfələrlə olub ki, xarici turistlər sırf qiymətlərlə maraqlanandan sonra gəlməkdən vaz keçiblər. Çoxu da deyib ki, Azərbaycanda istirahət edəcəyimizə İstanbula, Antalyaya, Bodruma gedər, orda qalarıq. Bəzən bu hotellərin satış menecerləri ilə danışırıq. Onlar bu bahalığı hotellərin yeni tikilməsi ilə izah edirlər. Amma bu, səbəb ola bilməz. Çünki Antalyada da az qala hər il yeni hotellər tikilir, heç birində qiymət bu həddə olmur. İstanbulda 10-15 dollara dördulduzlu, gözəl hotellər var. Bizdə isə ən ucuz hotelin birgünlük qiyməti 50 AZN-dir”. İqtisadçı ekspert Qadir İbrahimli isə bu bahalığı obyektlərin sayının azlığı ilə əlaqələndirdi. Dedi ki, hotel biznesi Azərbaycanda hələ də biznes növü kimi dinamik inkişaf etməyib: “Təklif təklifə adekvat olmayanda yüksək qiymətlər ortaya çıxır. Məsələn, Nabranda 4-5 hotel və ya istirahət mərkəzi var, ancaq hər il Nabrana minlərlə adam dincəlməyə gəlir. Hotellərin sayı məhdud olduğundan qiymətlər baha qiymətə təklif edilir. Əgər hotel biznesi liberalaşsa, iş adamlarına bərabər imkanlar yaradılsa, onda hotellərin sayı da artar, qiymətlər də enər”.(musavat.com)pia.az