“Ermənistan Azərbaycan üçün yeni qapı açacaq“ - Aleksandr Markarov

“DQR”in müstəqilliyinin tanıması yaxud özünə birləşdirməsi halında Ermənistan Azərbaycan üçün yeni qapı açacaq
Avropa.info xəbər verir ki, bu açıqlama ilə MDB ölkələri üzrə Institutun Ermənistan filialının direktoru, politoloq Aleksandr Markarov çıxış edib. “Ermənistan “DQR”in müstəqilliyini o zaman tanıya bilər ki, tamamilə baş yolu qalmasın. Bu halda Azərbaycan danışıqlar prosesindən çıxacaq. ATƏT-in Minsk qrupu nizamlama mandatından məhrum olacaq” – Markarov belə deyib.Politoloqun  fikrinə görə, “DQR”in tanınması ilə separatçı respublika tamamilə fərqli beynəlxalq subyekt statusu qazanacaq. Bu o demək olacaq ki, prosesi davam etdirmək üçün Ermənistanın başqa variantı qalmayıb. Xatırladaq ki, Ermənistan hökuməti 5 mayda “DQR”in tanınması ilə bağlı qanun layihəsini parlamentə çıxarmağa hazırlaşır. pia.az