Polkovnik oğlunun ev dustaqlığının müddəti üç ay artırıldı

Binəqədi Rayon Məhkəməsində hazırda ev dustaqlığında olan sabiq müstəntiq Rüfət Səfərovun barəsində açılmış cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə istintaq orqanının verdiyi vəsatətə baxılıb
Bu barədə “Report”a R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib. Onun sözlərinə görə, özü və R.Səfərov vəsatətə etiraz etməyib.Məhkəmə istintaq müddətinin 3 ay müddətində artırılması barədə qərar qəbul edib.pia.az