Bu il 1-ci sinfə gedənlər ötənilkindən çox olacaq - 164 min

Tədris ilinin başa çatmasına sayılı günlər qalıb. 11-ci sinifi bitirən məzunlar ali məktəblərə qəbul həvəsindəykən, bu il birinci sinifə gedəcək uşaqlar da öz hazırlıqlarına başlayıblar
Paytaxt və regionlarda artıq valideynlər məktəb yaşı çatmış övladlarını müxtəlif ümumtəhsil məktəblərində qeydiyyatdan keçirirlər.Bu il nə qədər uşağın ümumtəhsil məktəblərinin birinci sinifə gedəcəyi ilə bağlı tam, dəqiqləşmiş rəqəmlər yoxdur. Amma Təhsil Nazirliyi bununla bağlı müəyyən proqnozları açıqlayıb. Belə ki, Nazirlikdən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu il ölkə üzrə 1-ci sinfə 164 033 şagirdin getməsi proqnozlaşdırılır.Keçən il Azərbaycanın ümumtəhsil məktəblərinin birinci sinfinə 150 mindən çox şagird qədəm qoyub.pia.az