Məktəbli intihar etdi

Ağcabədi rayonunda intihar hadisəsi baş verib
PİA.AZ teleqraf.com-a istinadən bildirir ki,hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü Ülkər Quliyeva özünü asaraq ölüb. Onun asılmış meyiti ailə üzvləri tərəfindən aşkar olunub. Orta məktəbin 11-ci sinfində oxuyan Ülkər Quliyevanın hansı səbəbdən intihar etdiyi məlum deyil. Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.pia.az