11-ci sinifdə oxuyan qız özünü öldürdü

Ağcabədi rayonunda intihar hadisəsi baş verib
Lent.az-ın məlumatına görə, rayonun Şahsevən Təzəkənd kənd sakini, 1999-cu il təvəllüdlü Quliyeva Ülkər Ələmdar qızı özünü yaşadığı evin həyətindəki bağda ağacdan asıb. Bildirilib ki, Ü.Quliyeva orta məktəbin 11-ci sinfində oxuyurmuş. Onun ipdən asılı vəziyyətdə qalmış meyitini ailə üzvləri aşkarlayıb. İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.pia.az