May ayına olan hava proqnozu

May ayına olan hava proqnozu açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən PİA.AZ-a verilən məlumata görə may ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, ayrı-ayrı yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 18-20 dərəcə isti (gecələr 11-16, gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə 28-33 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-21 mm) olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 16-20 dərəcə isti (gecələr 11-16, gündüzlər 22-27 dərəcə isti, bəzi günlərdə 30-35 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 33-62 mm) olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 11-15 dərəcə isti (gecələr 8-13, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 22-27 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 68-122 mm) olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 17-20 dərəcə isti (gecələr 12-17, gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə 28-33 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 31-54 mm) olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 15-19 dərəcə isti (gecələr 12-17, bəzi günlərdə 5-10, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə 27-32 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 26-166 mm), bəzi yerlərdə isə çox olacağı gözlənilir.pia.az