Bu gün leysan olacaq - Hava proqnozu

Bu gün Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən PİA.AZ-a verilən məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-14, gündüz 16-21, Bakıda gecə 11-16, gündüz 18-20 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq.pia.az