Azərbaycanın axtarışa verdiyi qadın tutuldu

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən növbəti əməliyyat-axtarış tədbirləri keçirilib
PİA.AZ bildirir ki, bu barədə report-a İdarədən məlumat verilib.Əməliyyat-axtarış tədbirləri nəticəsində insan alverçisi olaraq beynəlxalq axtarışda olan Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhər sakini Namazqızı Sahibə Lətif qızı həbs edilərək istintaq orqanına təqdim edilib.Qeyd edək ki, Sahibə Namazqızı 18.11.1973-cü ildə Ermənistan Respublikasının Spitak rayonunda anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2009-cu ildə axtarış elan edilib. İnterpol kanalları ilə beynəlxalq axtarışda olub.pia.az