Nərgiz Paşayeva Britaniya parlamentində - Fotolar

İngiltərə-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Britaniya parlamentində tarixdə “Dunsterforce” adı ilə tanınan, XX əsrin əvvəllərində Cənubi Qafqazda və Bakıda əməliyyatlarda iştirak edən hərbi bölmə haqqında mühazirə dinlənilib
İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrləri, professor Nərgiz Paşayeva və həmkarı Lord German tədbirə toplaşan qonaqları salamladılar.Mühazirədə İngiltərə-Azərbaycan Cəmiyyətinin icraiyyə komitəsinin üzvləri, Britaniyanın və Azərbaycanın ictimai və elm xadimləri iştirak ediblər.Tədbiri açan İngiltərə-Azərbaycan Cəmiyyətinin Britaniya tərəfdən həmsədri Lord German Azərbaycan xalqına müraciət edərək bildirib: “Biz, İngiltərə-Azərbaycan Cəmiyyəti olaraq, Dağlıq Qarabağ münaqişə zonasında son zamanlar baş vermiş, insan tələfatı, dağıntı və xəsarətlərlə nəticələnən hadisələrdən çox narahat olduq. Azərbaycan xalqının dinc yaşaması və bu münaqişənin tezliklə həll olunmasına çox ümid edirik”.Tədbirin yekununda Nərgiz Paşayeva və Lord German mühazirəçiyə təşəkkürlərini bildirdilər. (azərtac)pia.az