Suraxanıda Zərifə xanım Əliyevanın anım tədbirləri davam edir

Suraxanıda Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibəti ilə tədbirlər davam edir
Suraxanı rayonunda görkəmli oftalmoloq alim, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibəti ilə silsilə tədbirlər davam edir.Növbəti tədbir - Rayon İcra Hakimiyyətinin, YAP Suraxanı rayon təşkilatının və Azərcell ASC birgə təşkilatçılığı ilə "Mobil Göz Klinikasl" layihəsinə əsasən Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar "İşığlı Həyat" adlı aksiya keçirilmişdir. Aksiyada Xəzə Qayğıkeşlik layihəsi Humanitar İctimai Birliyinin həkim heyəti rayon sakinlərinin göz müainəsini həyata keçirimişdir.27 aprel tarixdə saat 9:00-dan 13:00-dək aparılan göz müayinəsində 50 nəfərə yaxın xəstənin güzü müayinə olunmuşdur.Gözü müayinə olunan Qaraçuxur qəsəbə sakinləri Rumiyyə Eminova, Müşfiq Əmirov, Fəridə Rzayeva, Bülbülə qəsəbə sakinləri Yeganə Bağırova, Validə Dadaşova, Esmira Qafarova, Yeni Suraxanı qəsəbə sakinləri Tamilə Quliyeva, İlkin Hüseynov bildirdilər ki, həkimlər xüsusi avadanlıqlarla təchiz olunmuş avtomobildə gözümüzü müayinədən keçirdilər. Həkimlər bizi xoş üzlə qarşıladılar. Bizim kimi imkansız insanlara müayinə olunmaq imkanı  yaratdığına görə dövlət başçısına təşəkkür edirik.pia.az