Xüsusi təyinatlılarımızdan möhtəşəm təlim əməliyyatı - Video

Azərbaycan ordusunun ən etibarlı hərbi qüvvəsi Xüsusi Təyinatlı Qüvvələr hesab olunur
1999-cu ildə yaranan Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək üçün 6 ay ərzində təşkil olunmuş kurslarda dözümlülük və cəsarət tələb edir. Azərbaycanın ən güclü qoşun növü sayılan bu qruma qəbul olumaq elədə asan başa gəlmir. Bəzi məlumatlara görə bura gələn 500 nəfərdən kurs sonrası yalnız 30 nəfəri "Qırmızı beret"in sertifikatın ala bilir.Bu kurslarda kursantlar xüsusi əməliyyat keçirmək üçün ekstrimal şəraitlərə öyrədilir, hətta onlar günlərlə ac və susuz qalırlar,onlara müxtəlif heyvanların ətini (qurbağa, ilan) yeməyi öyrədirlər.Müxtəlif silahların istifadə qaydasını,bombaların hazırlanmasını,hər hansı ağrıya dözüməyi və s. kimi öyrədilir. Bu qrumun qulluqçuları əsasən zabit və gizir rütbəsi altında fəaliyyət göstərirlər. Bu hərbi qrumun bütün əməliyyat və tədbirləri müəyyən xüsusi xidmət orqanları tərəfindən gizli olaraq saxlanılır.(musavat.com)pia.az