Qan Turalının romanı çap edilib

Yazar Qan Turalının “Fələk qırmancı” romanı çap olunub
“Qafqazinfo” xəbər verir ki, kitabın redaktoru Səhər Əhməddir.Roman paralel süjet üzərində qurulub. Romanın müasir dövrdən bəhs edən süjeti yazmaqdan imtina edən yazıçı haqqındadır. Tarixi süjetdə isə gənc sufinin azadlıq arzuları əks olunub.Romanın adı mərhum yazıçı Mehdi Bəyazidin yazmaq istəyib heç zaman yaza bilmədiyi romanının adından götürülüb. “Fələk qırmancı” romanı “Mütərcim” nəşriyyatında “Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası” seriyasından çap olunub.Qan Turalının ilk romanı “Mustafa” 2011-ci ildə çap olunub.pia.az