Nazir “Şahdağ”ın restoranını bağlatdırdı

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün ailəsi ilə birlikdə Qusardakı "Şahdağ" Turizm Kompleksində istirahət edib
Nazir ailəsi ilə birlikdə restoranda olduğu vaxt başqalarının bu məkana girişi qadağan olunub.Ailəsi ilə birlikdə “Şahdağ”da istirahət edən vətəndaşlardan birinin dediyinə görə, otelin restoranından istifadə etmək imkanı saatlarla məhdudlaşdırılıb. Turizm kompleksinin işçiləri bildiriblər ki, nazir Əbülfəs Qarayev ailəsi ilə birlikdə restorandadır, onlar çıxmayınca heç kimi ora buraxa bilməzlər. Yalnız nazir və ailəsi restoranı tərk etdikdən sonra digərlərinə yemək verilib.“Şahdağ” Turizm Kompleksi əcnəbi turistlərin az da olsa maraq göstərdikləri Azərbaycanın nadir turizm obyektlərindən biridir. İndi təsəvvür edin ki, nazirə görə otelin restoranının digər müştərilərin üzünə bağlanmasını bu gün “Şahdağ”da olan əcnəbilər necə qarşılayıblar. (azpolitika.info)pia.az