Bakıda 22 yaşlı oğlan bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib
 Lent.az-ın məlumatına görə, Suraxanıda 1994-cü il təvəllüdlü Kərimli Elton bud nahiyyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib. İlkin araşdırma nəticəsində məlum olub ki, E.Kərimli yaşadığı evin qarşısında şəxsiyyəti hələlik məlum olmayan şəxs tərəfindən xuliqanlıq zəminində bıçaqlanıb. Araşdırma aparılır. pia.az