Azərbaycanlı leytenant Türkiyədə səfərbərlik elan edildiyini bildirir

Azərbaycanlı leytenant Türkiyədə səfərbərlik elan edildiyini bildirir - Rusiya ilə müharibə
Bu gün KİV-lərdə Türkiyədə Rusiya ilə mümkün müharibəyə qarşı ümumi hərbi səfərbərlik elan edildiyi haqda xəbərlər yayılıb. Bu məlumatın mənbəyi kimi hazırda Türkiyə vətəndaşı olan azərbaycanlı, ehtiyatda olan leytenant Rəşad Məmmədovun “Facebook” statusu göstərilir.Rusiyanın RenTV kanalının bildirdiyinə görə, azərbaycanlı leytenant Facebook-da Türkiyədə ümumi səfərbərlik elan edildiyini, onun özünə də çağırış vərəqəsinin gəldiyini yazıb. R.Məmmədovun yazdığına görə, ona göndərilən çağırış vərəqəsində bütün zəruri əşyalarla birlikdə hərbi komissarlığa getmək əmr olunur.Məmmədov statusunda Rusiyanı lənətləyən ifadələr işlədib və onu bölgədə müharibəni qızışdırmaqda günahlandırıb. “Dostlar, bizdə ümumdövlət hərbi səfərbərliyi elan ediblər. Bu gün mən Trabzon şəhərinin hərbi komissarlığından çağırış vərəqəsi aldım. Məni ehtiyatda olan zabit kimi hərbi toplantıya çağırırlar”, - azərbaycanlı leytenant yazıb.O, statusunda türk xalqının qəhrəmanlıqlarını və tarix boyu bir çox böyük imperiyaları diz çökdürdüyünü də xatırladıb. “Yaşasın Türkiyə, eşq olsun türklərə! Biz bütün tariximiz boyu vuruşmuşuq. Roma imperiyasını məhv etmişik, Vizantiyanı diz üstə çökdürmüşük, Ərəb xilafətini yer üzündən silmişik. Rusiyanı da məhv edərik. Eşq olsun türklərə!”, - leytenantın statusunda yazılıb.Lakin bildirilir ki, bir neçə saat sonra Məmmədov öz statusunu silib, profilini isə bağlayıb. Bununla belə, jurnalistlər onun yazdıqlarının skrinşotunu çıxara biliblər.Qeyd edək ki, son zamanlar bu və ya digər tərəf informasiya müharibəsində sosial şəbəkələrdən geniş istifadə edir. Bu baxımdan, “Facebook”da yer alan həmin qeydlərin həqiqliyini sübut etmək mümkün deyil. Ancaq qeyd etmək lazımdır ki, Türkiyə ilə Rusiya arasında birbaşa hərbi toqquşma riski doğrudan da artıb. Rusiyanın hava dəstəyi ilə Bəşər Əsədə sadiq ordu qüvvələri Suriyanın şimalına, Türkiyə ilə həmsərhəd bölgələrə nəzarəti geri qaytarmaq üzrədir. Suriya üsyançılarını xilas etmək üçün Səudiyyə Ərəbistanı xüsusi təyinatlıları onlara köməyə göndərməyi qərara alıb. Türkiyə də Suriya ilə sərhədə hərbi qüvvələr cəmləşdirir. Rəsmi Moskva iddia edir ki, Türkiyənin məqsədi Suriyaya quru müdaxiləsidir.(virtual.org) pia.az