Prezident Almaniya İqtisadiyyatın Şərq Komitəsinin sədri ilə görüşüb

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatın Şərq Komitəsinin sədri Volfqanq Büxele ilə görüşüb
PİA.AZ-ın AzərTAc-a istinadən məlumatına görə, görüşdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə edilib, Azərbaycanda sərmayə qoyuluşu baxımından münbit şəraitin olduğu bildirilib. Söhbət zamanı Azərbaycanın və Almaniyanın iş adamları arasında qarşılıqlı biznes səfərlərinin təşkilinin əhəmiyyəti vurğulanıb, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.pia.az