Təhsil Nazirliyinin nümayəndələri Böyük Britaniyada

Təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Londonda Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 1-ci iclası çərçivəsində fevralın 10-da keçirilən “Böyük Britaniya-Azərbaycan Universitetlərarası Forum”unda iştirak edir
Təhsil Nazirliyindən bildiriblər ki, forumda Britaniya Şurasının təhsil məsələləri üzrə direktoru Rebeka Haqs, Azərbaycan və Böyük Britaniya ali təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri iştirak edirlər.“Böyük Britaniya-Azərbaycan Universitetlərarası Forum”unun əsas məqsədi universitetlərarası əməkdaşlıq çərçivəsində ikili proqramların həyata keçirilməsi, tədqiqatyönümlü birgə fəaliyyət və gələcək əməkdaşlıq imkanlarının araşdırılmasıdır.Tədbir çərçivəsində, həmçinin bir sıra görüşlərin keçirilməsi də gözlənilir. (AzərTAc)pia.az