Tovuzda ağır qəza

Tovuzda avtomobil uşağı vuraraq öldürüb
Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qovlar-Aşağı Quşçu avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən azyaşlını vurub. Xəsarət alan uşaq hadisə yerində ölüb. Hazırda ölənin kimliyi müəyyənləşdirilir. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.pia.az