Müxalifətin anti-böhran koalisiyası yenə toplandı

Fevralın 10-da KXCP qərargahında müxalifətin anti-böhran kooalisiyasının nümayəndələrinin növbəti toplantısı keçirilib
Toplantıda ölkədə mövcud  iqtisadi -sosial böhran və onun siyasi nəticələri geniş müzakirə edilib. Bu istiqamətdə xüsusi proqramların hazırlanması zəruri sayılıb. Müraciətləri nəzərə alaraq, yerlərdə özünütəşkil böhran masalarının  yaradılması  məqsədəuyğun sayılıb. 21 fefral 2016-cı ildə,  saat 1400-da ADP qərargahında böhranla əlaqədar ictimaiyyətin geniş toplantısında iştirak etmək qərara alınıb. Bir sıra toplantı işrirakçılarının təklifi ilə Rusiya-Türkiyə münasibətləri müzakirə edilib və Rusiya  hakim dairələrinin Qars  müqaviləsi ilə bağlı təxribat xarakterli çıxışları  pislənilib, bu məsələdə qardaş Türkiyəyə dəstək ifadə olunub.(modern.az)pia.az